az
en
Bu gün: 14 Noyabr 2018
Muzey əməkdaşı təltif olunmuşdur
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları mütəmadi olaraq bölgələrdə maarifçilik və ictimai mövzulu tədbirlərdə iştirak edirlər. Belə ki, Muzeyin əməkdaşı Gülnar Mirzəyeva QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Tərtərdə həyata keçirilən “Cəbhəyanı bölgələrdə müvafiq tədbirlərin keçirilməsinə dair təşəbbüslər” layihəsinin icrasında fəal iştirak etdiyinə görə təşəkkürnamə ilə təltif edilmişdir. G.Mirzəyevaya “Təşəkkürnamə” “Neftçalada qadınların sosial inkişafına dəstək” ictimai birliyi tərəfindən təqdim olunmuşdur. Muzey kollektivi adından G.Mirzəyevanı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Elanlar