az
en
Bu gün: 14 Noyabr 2018
Muzeydə yeni qızıl zərgərlik məmulatları
Milli Azərbaycan Tarixi Muzeyinə müntəzəm olaraq yeni materiallar daxil olur. Növbəti belə material tarixi əhəmiyyətə malik qızıl əşyalardır. Bu, XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid olan qızıl işləməli asma “Quran qabı” və qızıl zəncir boyunbağıdır. “Quran qabı” Bakı şəhər sakininə məxsus olub, çəkisi 58,85 qr.-dır. Qızıl zəncir boyunbağının çəkisi isə 42 qr.-dır. Qızıl əşyalar Muzeyin Xüsusi Fonduna təhvil verilib. Bu qiymətli metallar Azərbaycanda XIX-XX əsrin əvvəllərində zərgərliyin yüksək səviyyədə inkişaf etməsinin bariz nümunəsidir. Həmçinin Azərbaycanın o dövr etnoqrafiyasının tədqiqi sahəsində də mühüm əhəmiyyətə malikdir.
Elanlar