az
en
Bu gün: 21 Yanvar 2018
Muzeyin incisi – Bakı xalçası
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda XIX əsrə aid unikal Bakı xalçası qorunur. Bakı xalçaçılıq məktəbinə xas olan bu süjetli xalça öz qeyri-adiliyinə görə digərlərindən tamamilə fərqlənir. Xalçanın analoqu hələlik məlum deyildir. Üzərində təsvir olunan süjeti və ornamentləri ilə bu xalça tariximizin keçmiş səhifələrindən geniş məlumat vermək üçün bir mənbə rolunu oynayır. Məhz bu cəhəti onun unikal xalça hesab olunmasına imkan verir. Xalça bütövlükdə xalqımızın ailə məişəti ilə bağlı adət-ənənələrini, mifik dünyagörüşünü özündə əks etdirən etnoqrafik bir əsərdir və öz tədqiqatçılarını gözləyir.
Elanlar