az
en
Bu gün: 21 Iyul 2018
Azərbaycan hərb tarixinə dair yeni kitab işıq üzü görüb
AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən Azərbaycan hərb tarixinə dair yeni kitab çap edilmişdir. Belə ki, Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədovun müəllifi olduğu kitab “Azərbaycan silahları IX-XVII əsrlərdə: təkamül və inkişaf” adlanır. 538 səhifədən ibarət kitab Azərbaycan hərb tarixinin az məlum olan məqamına - IX – XVII əsr Azərbaycan silahlarına həsr olunub. Elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, rəyçiləri tarix üzrə elmlər doktoru Şahin Fərzəliyev, tarix üzrə elmlər doktoru Nurulla Əliyev, tarix üzrə elmlər doktoru Tarix Dostiyev, tarix üzrə fəlsəfə doktoru Fərəh Hüseyn olan kitabda Vətən tarixşünaslığında ilk dəfə olaraq arxeoloji, muzey, təsviri, yazılı mənbələr əsasında dövrün Azərbaycan silahları təhlil edilir, onların xarakterik xüsusiyyətləri müəyyən olunur. Tədqiqatın müxtəlif xarakterli mənbələr əsasında aparılması silahların görünüşünü, strukturunu, adlarını müəyyən etməyə imkan verir. Beynəlxalq təsnifat sistemlərinə əsasən Azərbaycan silahlarının təsnifatı tərtib edilir. Kitabda 300-dən artıq fotoşəkil, rəsm, miniature təsvirləri verilmişdir. Aparılmış elmi araşdırma dövrün Azərbaycan silahlarının təkamül və inkişafını müəyyən etməyə imkan yaratmışdır.
Elanlar