az
en
Bu gün: 21 Yanvar 2018
VI Respublika elmi konfransının materialları nəşr olunub
Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi olaraq hər il konfranslar keçirilir və təqdim edilmiş məruzələr də nəşr olunur. Belə ki, 23 iyun 2016-ci ildə Muzeydə keçirilmiş VI Respublika elmi konfransının materialları dərc olunmuşdur. “Görkəmli tarixçi-alim S.Aşurbəylinin anadan olmasının 110 illik yubileyinə” həsr olunmuş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” VI Respublika elmi konfransının materialları”nın (Bakı: “Elm və təhsil”, 2016, 312 s.) elmi redaktoru akademik Nailə Vəlixanlıdır. Materiallar toplusunda Muzey əməkdaşları da daxil olmaqla 54 məruzəçinin məqaləsi çap olunmuşdur. Muzey kollektivi adından məqaləsi nəşr olunan məruzəçiləri təbrik edir, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.
Elanlar