az
en
Bu gün: 14 Noyabr 2018
I Respublika elmi konfransının materialları nəşr olunub
Milli Azərbaycan Tarixi Muzeyində müntəzəm olaraq hər il konfranslar keçirilir və təqdim edilmiş məruzələr nəşr olunur. Belə ki, 20 iyun 2017-ci ildə Muzeydə keçirilmiş I Respublika elmi konfransının materialları çap olunub. “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” I Respublika elmi konfransının materialları”nın (Bakı: “Elm və təhsil”, 2017, 240 s.) elmi redaktoru akademik Nailə Vəlixanlıdır. Materiallar toplusunda Muzey əməkdaşları da daxil olmaqla, 42 məruzəçinin məqaləsi çap olunmuşdur. Muzey kollektivi adından məqaləsi dərc olunan məruzəçiləri təbrik edir, gələcək elmi fəaliyyətlərində müvəffəqiyyət diləyirik.
Elanlar