az
en
Bu gün: 26 Fevral 2018
Numizmat alimin yeni kitabı işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları müntəzəm olaraq yeni elmi əsərlərini nəşr etdirirlər. Belə ki, Muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, numizmat alim, t.ü.e.d., professor Əli Rəcəblinin “Sikkə və dövlətçilik” adlı kitabı (Bakı,2017,184 səh.) Azərbaycan və rus dillərində çap edilib. Nəşrin elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır. Kitabda Azərbaycanda sikkə zərbi və dövlətçilik ənənələri öz əksini tapıb. Bu əsərdə ilk dəfə olaraq numizmatik faktlar dövlətşünaslıq tarixinin ayrılmaz sahəsi olan dövlətçilik institutunun ən vacib rəmzlərindən biri kimi tədqiqata cəlb edilmişdir. Əsər Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun materialları əsasında tərtib olunmuşdur. Nəşr numizmatika sahəsinə qiymətli töhfə, tarixçilər, siyasətçilər və numizmatlar üçün dəyərli tədqiqat işidir.
Elanlar