az
en
Bu gün: 14 Noyabr 2018
Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral səlahiyyətli nümayəndəsi ilə Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
Milli Azərbaycan Tarixi Muzeyi daim xarici qonaqları özünə cəlb edir. Belə ki, bu gün Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Erkan Özoral öz səlahiyyətli nümayəndəsi ilə Muzeyi ziyarət edib. Qonaqları Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qarşılayaraq onları Muzeydə görməkdən məmnun olduğunu bildirib. Görüşdə səfirin köməkçisi cənab Volkan Öskiper, Muzeyin elmi fond işləri üzrə direktor müavini, t.ü.f.d. Məhfuzə Zeynalova, Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov, Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov da iştirak ediblər. Söhbət zamanı Muzeyin Türkiyə ilə elmi-mədəni əlaqələri, gələcək qarşılıqlı əməkdaşlıq məsələləri haqqında danışılıb. Türkiyəli qonaqlar Muzeyin nəşrləri – kataloqları, bukletləri ilə tanış olublar. Cənab Erkan Özoral Qafqaz İslam Ordusunun tarixi ilə xüsusi maraqlandığını bildirib. 2018-ci ildə Qafqaz İslam Ordusunun və 2020-ci ildə Muzeyin 100 illiyi ilə əlaqədar Muzeylə birgə tədbirlər, simpoziumun keçirilməsi planları müzakirə olunub. Sonra qonaqlar Muzeyin ekspozisiya zalları ilə, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti bölməsi və Qafqaz İslam Ordusunun xəritəsi ilə yaxından tanış olublar. Sonda akad. Nailə Vəlixanlı cənab səfir Erkan Özorala Muzeyin incisi - Hacı Zeynalabdin Tağıyevin foto-albomunu hədiyyə edib.
Elanlar