az
en
Bu gün: 21 Aprel 2018
Muzey əməkdaşı kurslarda dərs deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları muzey işi üzrə daim dərslər keçir və təbliğat işi aparırlar. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş illik kontingent planı əsasında mədəniyyət müəssisələri işçilərinin müxtəlif kateqoriyaları üzrə ixtisasartırma və hazırlıq kursları təşkil edilib. Kurslar Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində təşkil olunmuşdur. Burada Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova muzey işi ixtisası üzrə dərs aparmışdır. Həmçinin bu kurslarda dərs alan bölgələrdəki Tarix-diyarşünaslıq muzeylərindən gələn fond işçilərinə Muzeydə ekskursiya təşkil edilmişdir. S.Ələkbərova tərəfindən onlara Muzeyin ekspozisiya zallarında tariximizin canlı şahidi olan eksponatlar haqqında ətraflı məlumat verilmişdir.
Elanlar