az
en
Bu gün: 21 İyun 2018
Muzey eksponatı bərpa olunmuşdur
Milli Azərbaycan Tarixi Muzeyində ehtiyacı olan eksponatlar daim bərpa edilir. Belə ki, Muzeyin Təsviri İncəsənət fondundan Bərpa laboratoriyasına rəssam S. Xazin tərəfindən çəkilmiş Maksim Qorkinin portreti daxil olmuşdur. Portretin rəngi saralmış və üc (3) hissəyə bölunüb-ayrılmışdır. Portretin möhkəmliyi üçün bərpa və konservasiya olunmuşdur. Eksponat ilk öncə mexaniki təmizlənib, yuyulub, qopub itmiş hissələrinə ona uyğun kagız əlavə edilib, bütöv hala salınmışdır. Portret Muzeyin bərpaçı-rəssamı Əfəndiyeva Səbinə tərəfindən bərpa edilmiş və fonda geri təhvil verilmişdir. Portret Rusiya mədəniyyətinin Azərbaycan muzeylərində təbliği baxımından əhəmiyyətə malikdir.
Elanlar