az
en
Bu gün: 21 İyun 2018
Muzeyin qocaman arxeoloqu təntənəli şəkildə təqaüdə yola salındı
Bu gün Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi Gennadiy Camal oğlu Ağayevin təqaüdə çıxması münasibətilə yolasalma tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan akademik Nailə Vəlixanlı Gennadiy Ağayevin 50 illik fəaliyyəti müddətində Vətən tarixinə, arxeologiyasına və muzey işinə verdiyi töhfələr tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Akademik Nailə Vəlixanlı çıxışının sonunda Gennadiy Ağayevə məhsuldar və nümunəvi əmək fəaliyyətinə görə təşəkkürnamə və maddi mükafat təqdim etdi. Daha sonra Gennadiy Ağayevin həyat və elmi yaradıcılığına həsr olunmuş slayd və onunla çalışmış muzey əməkdaşlarının çıxışlarından ibarət film nümayiş olundu. Nümayişdən sonra Arxeologiya elmi fond şöbəsinin əməkdaşları, t.ü.f.d. Nasir Quluzadə, Aidə İsmayılova, Aybəniz Hacıyeva, Kadrlar şöbəsinin rəisi Gülşən Əliyeva, Bərpa laboratoriyasının bərpaçı-rəssamı Füruzə Ağayeva Gennadiy Ağayevlə bağlı xoş xatirələrini və səmimi arzularını dilə gətirdilər. Sonda tədbir iştirakçılarının səbəbkarla xatirə şəkilləri çəkildi.
Elanlar