az
en
Bu gün: 21 İyun 2018
Muzey əməkdaşı tədbirdə iştirak etmişdir
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları mütəmadi olaraq bölgələrdə maarifçilik və ictimai mövzulu tədbirlərdə iştirak edirlər. Belə ki, Muzeyin əməkdaşı Gülnar Mirzəyeva Tərtər rayonunda keçirilən tədbirdə çıxış etmişdir. “Neftçalada qadınların sosial inkişafına dəstək” İctimai Birliyi tərəfindən təşkil olunan tədbirin mövzusu “Xocalı soyqırımı ilə bağlı maarifləndirmə” olmuşdur. G.Mirzəyeva Tərtər rayonu Şəhid Əfqan Hacıyev adına Qapanlı kənd orta məktəbində keçirilən tədbirdə Xocalı soyqırımı və işğal altında olan torpaqlarımızın azadlığı mövzusu üzrə çıxış etmişdir. Tədbirin sonunda 2016-cı il, aprel döyüşlərinin şəhidlərindən gizir Nicat Bəhruz oğlu İsgəndərovun ailəsi ziyarət edilmiş, onun hərbi geyimi Muzeyə hədiyyə olunmaq üçün G.Mirzəyevaya təqdim edilmişdir. Daha sonra 4 iyul 2017-ci il tarixində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuş Füzuli rayonu, Alxanlı kənd sakinləri Sahibə Quliyeva və 18 aylıq nəvəsi Zəhra Quliyevanın xatirəsinə həsr olunmuş “Günahsızlar” sənədli filminin çəkilişi olmuş, G.Mirzəyeva çəkilişdə iştirak etmişdir. Qeyd edək ki, şəhid gizir Nicat İsgəndərov Bəhruz oğlunun hərbi geyimi G.Mirzəyeva tərəfindən Muzeyə təqdim edilmişdir.
Elanlar