az
en
Bu gün: 21 Aprel 2018
“H.Z. Tağıyev – 180” silsiləsindən olan tədbirlər davam edir
Azərbaycanın görkəmli sahibkarı və mesenatı Hacı Zeynalabdin Tağıyevin 180 illik yubileyi ilə əlaqədar tədbirlər davam edir. Növbəti görüş Bakı Atatürk Liseyinin təşkilatçılığı, Milli Azərbaycan Tarixi Muzeyinin dəstəyi ilə 24 fevral 2018-ci il tarixində, saat 15:00-da Liseyin “Tarix” klubunda keçiriləcək. Sizin Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarovun “Hacı Zeynalabdin Tağıyev və Azərbaycan Cümhuriyyəti” mövzusunda mühazirəsini dinləməklə bərabər H.Z.Tağıyevin ailə üzvlərilə görüşmək imkanınız da olacaq. Tədbirin maraqlı diskussiya şəraitində keçəcəyi şübhəsizdir. Giriş sərbəstdir.
Elanlar