az
en
Bu gün: 21 Iyul 2018
Muzeydə Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə Muzeyin Mülki müdafiə qərərgah rəisi Samit Mədətov çıxış edərək fövqəladə hallarda mülki müdafiənin rolu və vəzifələrindən danışıb. O, əməkdaşlara fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, anlayışı və fövqəladə hadisələr zamanı necə davranmaları barədə məlumat vermişdir. Tədbirin sonunda iştirakçıların sualları S.Mədətov tərəfindən ətraflı cavablandırılmışdır. 1 mart Ümumdünya Mülki Müdafiə Günüdür. Bu gün 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur. Mülki müdafiənin müharibə vaxtındakı rolu xüsusilə böyükdür. Bununla belə qeyd etmək lazımdır ki, əmin-amanlıq dövründə mülki müdafiənin rolu təbii fəlakətlərin, böyük istehsalat qəzalarının nəticələri ilə mübarizədə xeyli artmışdır.
Elanlar