az
en
Bu gün: 23 Iyul 2018
Muzeydə növbəti mühazirə
Milli Azərbaycan Tarixi Muzeyində tələbələrin maarifləndirilməsi istiqamətində müxtəlif mühazirələr təşkil edilir. Belə ki, “Tarix fənninin başqa fənlərə inteqrasiyası (muzey eksponatları əsasında)” layihəsi çərçivəsində növbəti muhazirə keçirildi. ”Gələcək müəllimlərin formalaşmasında muzeylərin rolu” adlı muhazirədə Azərbaycan Dövlət Pedaqoji Univertsitetinin “İbtidai təhsil” fakultəsinin I kurs tələbələri iştirak etdilər. Mühazirəni Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin aparıcı elmi işçisi Nardanə Yusifova apardı. Çıxış tələbələr tərəfindən çox maraqla qarşılandı. Tələbələr müxtəlif təkliflərlə çıxış etdilər. Sonda tələbələrin verdiyi suallar mühazirəçi tərəfindən ətraflı cavablandırıldı.
Elanlar