az
en
Bu gün: 28 May 2018
Muzeydə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyinin Həmkarlar Təşkilatı və Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkilatçılığı ilə Muzeyin Konfrans zalında “8 mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qadın əməkdaşları təbrik edib, onlara can sağlığı, ailə səadəti və işlərində uğurlar arzulayıb. Nailə xanım qeyd edib ki, Azərbaycan elminin inkişafında qadınların rolu böyükdür. Muzeyin çoxluq təşkil edən qadın əməkdaşları öz üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirirlər. Muzeyin fəaliyyətində, əldə etdiyi uğurlarda onların zəhməti, əməyi danılmazdır. Qadınlar tarixin taleyüklü məqamlarında həmişə öz sözlərini demişlər və milli maraqlara söykənən mövqelərini nümayiş etdirmişlər. Sonra Muzeyin Həmkarlar Təşkilatının sədri İnarə Muradəliyeva da öz növbəsində xanım əməkdaşlara xoş arzularını bildirib, onlara hədiyyələr təqdim edib. Tədbir “VLstudio” qrupunun ifasında milli rəqslər və musiqi nömrələrindən ibarət bədii hissə ilə davam etmişdir.
Elanlar