az
en
Bu gün: 26 Sentyabr 2018
Muzey əməkdaşı Fəxri Fərmanla təltif olunub
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları elmi işlərlə yanaşı ictimai sahədə də yaxından iştirak edirlər. Belə ki, YAP Səbail rayon təşkilatında “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə keçirilən bayram tədbirində Muzeyin YAP “Azərbaycan tarixçiləri” İlk Ərazi Təşkilatının sədri Pərvanə Əzimova da iştirak edib. P.Əzimova təşkilatın ictimai-siyasi həyatında xüsusi fəallıq göstərdiyinə görə YAP Səbail rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olunub. YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev partiya təşkilatının Qadınlar Şurasının üzvlərinin və rayon ictimaiyyətinin fəal qadınlarının iştirak etdiyi tədbirdə çıxış edib. O, partiya sıralarında fəal ictimai-siyasi fəaliyyətlə məşğul olan Səbail rayon qadınlarını 8 Mart bayramı və od çərşənbəsi münasibətilə ürəkdən təbrik edib. Ş.Hacıyev onlara sağlamlıq, səadət, xoşbəxtlik, faydalı və məsuliyyətli işlərində yeni-yeni uğurlar və daha yüksək nailiyyətlər arzulayıb. Daha sonra Səbail rayonunun ictimai-siyasi həyatında fəallıq göstərən partiyanın bir qrup qadın üzvlərinə “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Fəxri Fərmanlar və xatirə hədiyyələri təqdim olunub. Fəxri Fərmanla təltif olunan P.Əzimovanı Muzey kollektivi adından təbrik edir, yeni uğurlar arzu edirik.
Elanlar