az
en
Bu gün: 22 Noyabr 2018
Muzeyə kitab hədiyyə olunub
Milli Azərbaycan Tarixi Muzeyi daim yeni kitablarla öz kolleksiyalarını zənginləşdirir. Belə ki, Muzeyə heykəltəraş Faiq Hacıyevin müəllifi olduğu “Qarabağ atları tarixdə və incəsənətdə” (Bakı "Şuşa" nəşriyyatı, 2016, 92 səh.) adlı kitab hədiyyə edilib. Heykəltəraş-rəssam kitabda Qarabağ atlarının tarixi kökü, ümumi xüsusiyyətləri, bədii ədəbiyyatda və incəsənətdəki rolu haqqında ətraflı məlumat vermişdir. F.Hacıyevin əslən qarabağlı olması onun bu mövzuya müraciət etməsinə daha çox səbəb olmuşdur. Kitabın ən maraqlı bir cəhəti də ədəbiyyat xadimlərinin, böyük şair və yazıçıların, ictimai xadimlərin Qarabağ atlarını tərənnüm edən əsərlərindən parçaların burda özünə yer almasıdır. Qeyd edək ki, Muzeyin ekspozisiyasında Qarabağ atlarına həsr olunan xüsusi bölmə yaradılıb. Burada əsasən at əsləhələri – yəhər, nal, üzəngi və atların damğaları nümayiş olunur. Muzeyə hədiyyə olunan “Qarabağ atları tarixdə və incəsənətdə” adlı kitab Azərbaycanda Qarabağ atlarının tarixinin öyrənilməsində dəyərli araşdırmadır.
Elanlar