az
en
Bu gün: 10 Dekabr 2018
Muzeyin ekspozisiyasında yeni antik zinət əşyaları nümayiş olunur
Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası daim təkmilləşdirilir. Belə ki, bu yaxınlarda Muzeyin Qədim və orta əsrlər dövrü ekspozisiyasının “Azərbayacan ərazisində gümüş və qızıl arxeoloji tapıntılar” adlı bölməsi reekspozisiya olunub ziyarətçilərin ixtiyarına verilib. Muzeyin Xüsusi Fondunun müdiri, t.ü.f.d Afət Rüstəmbəyova bildirib ki, bu bölmədə son illər arxeoloqlar tərəfindən Azərbaycanda aşkarlanıb Muzeyə təqdim olunan 34 ədəd yeni antik eksponat nümayiş olunur. Bu qızıl əşyalar e.ə. IV minillikdən e. XVIII əsrinə qədərki dövrü əhatə edir. Bunlardan Dəmirçilər arxeoloji kompleksindən tapılmış e. II-IV əsrlərinə aid qızıl və gümüş zinət əşyaları, Kərmədil nekropolundan tapılmış e. II-IV əsrlərə aid qızıl sırğalar, Qəbələ ərazisindən əldə olunan e.ə. I əsr – e. X əsrlərini əhatə edən qızıl Kolxida sikkəsi, e.ə. III minilliyə aid Tovuzdan tapılmış qızıl zinət əşyaları, Ağstafa bölgəsinə məxsus e.ə. III minilliyə aid böcək formalı qızıl asma və b. unikal antik qızıl zərgərlik məmulatları vitrində yerləşdirilib. Bu qiymətli metallar Azərbaycanda zərgərlik sənətinin inkişafı və sənətdə ənənəviliyin minilliklərlə qorunub saxlanması haqqında qiymətli mənbələrdir. Vitrində sxem üzrə Azərbaycanın iqtisadi və maddi-mənəvi inkişafı ilə bərabər, ticari əlaqələri də aydın izlənilir.
Elanlar