az
en
Bu gün: 20 Sentyabr 2018
“Gənc muzeyşünaslar və muzeysevərlər” klubunda növbəti açıq dərs keçirilmişdir
Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun üzvlərinə müntəzəm olaraq açıq dərslər keçirilir. Növbəti dərsin iştirakçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, “ Muzeyşünaslıq” ixtisası üzrə ixtisaslaşan magistır və bakalavr pilləsinin III kurs tələbələri olmuşdur. Açıq dərsdə Muzeyin Elmi fond işləri üzrə direktor müavini t.ü.f.d. Məhfuzə Zeynalova “ Muzeyə daxil olmuş, muzey əhəmiyyətli materyalların ilkin mərhələsi və ayrı-ayrı fondlarda mühavizəsinin təşkili” adlı məruzə söyləmiş və tələbələri maraqlandıran sualları ətraflı şəkildə cavablandırmışdır. Qeyd edək ki, “Gənc muzeyşünaslar və muzeysevərlər” klubu ilk dəfə olaraq Milli Azərbaycan Tarixi Muzeyində yaradılmışdır. Klubun məqsədi maddi-mədəni abidələrimizin qoruyucusu olan muzeylər haqqında məlumatın, muzey işi və onun fəaliyyət istiqamətlərinin gənc nəslə çatdırılmasını təmin etməkdir. Klubun rəhbəri Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərovadır.
Elanlar