az
en
Bu gün: 20 Sentyabr 2018
“Muzeylərimizi tanıyaq və tanıtdıraq“ layihəsi davam edir
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları daim muzey işinin təbliği ilə məşğul olurlar. Belə ki, Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova Qobustan tarixi-bədii qoruğuna ekskursiya təşkil etmişdir. Tədbir “Muzeylərimizi tanıyaq və tanıtdıraq“ devizi altında, “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvləri üçün keçirilmişdir. Məqsəd “Muzeyşünaslıq” ixtisası üzrə ixtisaslaşan tələbələrin muzey işi sahəsinə dərindən yiyələnməsinə kömək etməkdir. Müxtəlif profilli muzeyləri əyani şəkildə görərək, onların iş üslubu ilə yaxından tanış olmalarına şərait yaratmaqdır. Bu gəzinti gənc muzeyşünaslarda yüksək təəssüratlar yaratmış, onların bu peşəyə marağını daha da artırmışdır. Muzeylə tanışlıq zamanı tələbələri maraqlandıran suallar bələdçi tərəfindən ətraflı cavablandırılmışdır. Qeyd edək ki, müxtəlif profilli muzeylərə belə ekskursiyaların təşkili gələcəkdə də nəzərdə tutulmuşdur.
Elanlar