az
en
Bu gün: 20 Sentyabr 2018
Muzeyin Nadir kitablar fondunun inciləri
Milli Azərbaycan Tarixi Muzeyi Kitabxanası öz maddi və mənəvi dəyəri baxımından çox qiymətli və əvəzsiz elmi bazadır. Azərbaycan və dünya xalqlarının tarixini, mədəniyyətini, məişətini özündə yaşadan elmi nəşrlərlə zəngin Nadir kitablar fonduna malikdir. Bu fondda qorunan əsərlərin biblioqrafik göstəricisinin birinci cildi artıq 2013-cü ildə işıq üzü görmüşdür. Bu göstəriciyə 1728-1860-cı illərdə Moskva, Tiflis, Sankt-Peterburq, Kiyev və başqa şəhərlərin mətbəələrində çap olunmuş kitabların adı daxil edilmişdir. Biblioqrafik göstəriciyə daxil olan ilk kitab Feofan Prokopoviçin «Правда воли монаршей во определении наследника державы своей уставом державнейшего Государя нашего Петра Великого, отца Отечества» adlı əsəridir. Kitab 1728-ci ildə Moskva şəhərində nəşr edilib və 73 səhifədir. Kitaba əsasən İmperator I Pyotrun 1722-ci il vəliəhdlik haqqındakı fərmanı vəliəhdliyin köhnə adət üzrə birbaşa kişi xətti ilə ötürülməsini ləğv edir, varis hökmdarın iradəsi ilə təyin olunur.
Elanlar