az
en
Bu gün: 23 Iyul 2018
Rusiyalı sualtı arxeoloqlar Muzeyi ziyarət ediblər
Milli Azərbaycan Tarixi Muzeyi daim xarici qonaqları özünə cəlb edir. Rusiyadan sualtı arxeologiya mütəxəssisləri A.V.Lukoşkov, A.Y.Tarakanovskiy və Rus Coğrafiya Cəmiyyəti Sualtı Tədqiqatlar Mərkəzinin mütəxəssislərindən ibarət nümayəndə heyəti Muzeyə təşrif buyurmuşlar. Qonaqları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda “Mədəni irsin tədqiqi sektoru”nun müdiri, t.ü.f.d. Kamil İbrahimov müşayiət edirdi. Qonaqlar ilk olaraq Muzeyin ekspozisiyası ilə tanış olmuşlar. Daha sonra qonaqlar Muzeyin direktoru, akademik Nailə Vəlixanlının qəbulunda olmuşlar. Görüşdə Muzeyin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva və Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə də iştirak ediblər. Görüşdə Xəzər akvatoriyasında gəmiçiliyin qədim tarixi ilə bağlı əşyavi mənbələr əldə etmək məqsədilə genişmiqyaslı sualtı tədqiqatlar aparmaq haqqında müzakirələr aparmışlar. Akad. Nailə Vəlixanlı Muzeyin 1968-1986-cı illərdə apardığı sualtı arxeoloji tədqiqatlar haqqında qonaqlara ətraflı məlumat vermişdir. O, həmçinin ərəb müəlliflərinin Xəzər dənizi ilə bağlı verdiyi məlumatları da qonaqların nəzərinə çatdırmışdır. Görüşdə gələcək əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və elmi mövzularda fikir mübadiləsi aparılmışdır. Sonda qonaqlara Muzeyin nəşrləri – monoqrafiya və kataloqlar təqdim edilmişdir. Rusiyalı qonaqlar rəhbərliyə təşəkkür edib və Muzeyə ziyarətdən məmnun olduqlarını bildirmişlər.
Elanlar