az
en
Bu gün: 23 Iyul 2018
“Muzeylərimizi tanıyaq və tanıtdıraq“ layihəsi davam edir
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları daim muzey işinin təbliği ilə məşğul olurlar. Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova tərəfindən təşkil olunmuş “Muzeylərimizi tanıyaq və tanıtdıraq“ layihəsi davam edir. Bu dəfə “Gənc muzeyşünaslar və muzeysevərlər klubu” üzvlərinə Hüseyin Cavidin Ev Muzeyinə ekskursiya təşkil edilmişdir. Layihənin məqsədi “Muzeyşünaslıq” ixtisası üzrə ixtisaslaşan tələbələrin muzey işi sahəsinə dərindən yiyələnməsinə kömək etməkdir. Müxtəlif profilli muzeyləri əyani şəkildə görərək, onların iş üslubu ilə yaxından tanış olmalarına şərait yaratmaqdır. Bu gəzinti gənc muzeyşünaslarda yüksək təəssüratlar yaratmış, onların bu peşəyə marağını daha da artırmışdır. Qeyd edək ki, müxtəlif profilli muzeylərə belə ekskursiyaların təşkili gələcəkdə də nəzərdə tutulmuşdur.
Elanlar