az
en
Bu gün: 28 May 2018
Muzeydə aprel döyüşlərinin ildönümünə həsr olunmuş “Tariximizin şanli qələbə döyüşü” adli tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin və Muzeyinin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının təşkilatçılığı ilə 2016-cı ilin aprel döyüşlərinin ildönümünə həsr olunmuş “Tariximizin şanli qələbə döyüşü” adli maarifləndirici tədbir keçirilib. Tədbirdə muzey əməkdaşları, tarixçilər, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Səbail rayonu 96 nömrəli Ağdam köçkün orta məktəbi və 7 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Tədbiri giriş sözü muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Bəhmən Kərimov açaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının əziz xatirəsini yad edərək 2016-cı ildə baş vermiş döyüşün tarixi əhəmiyyətindən danışdı. O bildirib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, hər an torpaqları azad etmək iqtidarında olduğunu, habelə Azərbaycan əsgərinin vətənpərvər və qəhrəman obrazını nümayiş etdirdi. Bu döyüşlər zamanı Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrinin təxribatlarına tutarlı cavab verərək nəyə qadir olduğunu göstərdi. Sonra tədbirdə iştirak edən Qarabağ qazisi, Gənc Vətənpərvərlər Birliyinin sədr müavini, Bakı şəhəri 19 nömrəli orta məktəbin hərbi rəhbəri İslam Əzimov və “Azərbaycan Ordusu” qəzetinin hərbi müxbiri Lalə Hüseynova çıxış ediblər. Çıxışçılar da öz növbəsində Azərbaycan torpaqları uğrunda qəhrəmanlıq göstərmiş zabit və əsgərlərimizin şücayətindən danışaraq, gənc nəslə tariximizin bu şanlı döyüşlərini unutmamağı tövsiyyə etdilər. Daha sonra Gənc Vətənpərvərlər Birliyi tərəfindən Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin əməkdaşı Pərvanə Əzimova tədbirlərdə fəal iştirakına görə Fəxri Fərmanla təltif olunub. Tədbir məktəblilərin ifasında bədii hissə ilə başa çatıb.
Elanlar