az
en
Bu gün: 14 Noyabr 2018
Muzeydə AXC-nin süqutuna həsr olunmuş seminar keçirildi
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən bu il Bilik Fondunun dəstəyilə Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyəti mövzusunda mütəmadi tədbirlər keçirilir. Növbəti belə tədbir “Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və N.Nərimanov” mövzusunda təşkil edilmişdir. Tədbirdə Muzeyin elmi əməkdaşları - kiçik elmi işçi Zülfiyyə Cəlilova “Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində fraksiyalar”; t.ü.f.d. Bəhmən Kərimov “Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun daxili səbəbləri”; t.ü.f.d. Fuad Ağayev “Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun xarici səbəbləri”; t.ü.f.d. Əli Fərhadov “N.Nərimanovun həyat və fəaliyyətindən” mövzularında məruzə ilə çıxış ediblər. Məruzələrdə Cümhuriyyətin daxili və xarici siyasəti haqqında, AXC parlamenti və hökuməti haqqında, dövlətə olan təhdidlər haqqında geniş məlumat verilib. Tədbirdə Azərbaycan Dillər Universitetinin tələbələri, H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin şagirdləri və müəllimləri də iştirak ediblər. Verilən suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.
Elanlar