az
en
Bu gün: 20 Sentyabr 2018
Muzeyə yeni unikal materiallar hədiyə olundu
Muzeyin Etnoqrafiya fondunun Avropa farfor kolleksiyasına üç ədəd qab qəbul olunub. Onların üzərindəki möhürlər Azərbaycan tarixi üçün əhəmiyyət kəsb edir. Üzərlərindəki “Блестящий магазин” möhürü XIX - XX əsrlərin əvvəlinə aiddir. O zaman neft bumu dövründə Bakının simasını Avropasayağı binalar, saraylar, otellər və dükanlar bəzəyirdi. Azərbaycan milyonçuları evlərinin interyerini yeni Avropa üslubunda qururdu və en gözəl çinilərlə foyeni, otaqları dekor edirdilər. Zəngin evlərin dekorunu bəzəyən farfor çox vaxt “Блестящий магазин M.Усейнова» adlı dükandan alınırdı. Avropa ölkələrinin istehsalı olan populyar brendlərin emblemlərinin yanında həmin nüfuzlu sahibkarın soyadı olan emblem qoyulurdu.
Elanlar