az
en
Bu gün: 20 Sentyabr 2018
“Gənc muzeyşünaslar və muzeysevərlər” klubunda növbəti açıq dərs keçirilmişdir
Milli Azərbaycan Tarixi Muzeyinin “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunda növbəti Açıq dərs keçirilmişdir. Dərsin iştirakçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, “ Muzeyşünaslıq” ixtisasının tələbələri olmuşdur. Açıq dərsdə Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi-işçisi Sahibə Ələkbərova “Şair və hökmdar“ (səfəvilər dövrü haqqında, ekspozisiya materialları əsasında) məlumat vermiş və tələbələri maraqlandıran sualları ətraflı şəkildə cavablandırmışdır. Qeyd edək ki, “Gənc muzeyşünaslar və muzeysevərlər” klubu ilk dəfə olaraq Milli Azərbaycan Tarixi Muzeyində yaradılmışdır. Klubun məqsədi maddi-mədəni abidələrimizin qoruyucusu olan muzeylər haqqında məlumatın, muzey işi və onun fəaliyyət istiqamətlərinin gənc nəslə çatdırılmasını təmin etməkdir.
Elanlar