az
en
Bu gün: 23 Iyul 2018
AXC dövrünü əks etdirən materiallar sərgidə nümayiş olunacaq
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Cümhuriyyətinin görkəmli xadimləri” adlı sərgi keçiriləcək. Muzeyin Silahlar və bayraqlar fondunda saxlanılan materiallar içərisində Cümhuriyyət dövrünü əks etdirən general Əliağa Şıxlinskinin şəxsi əşyaları və Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı bu sərgidə nümayiş olunacaq. Bu nadir bayrağı 1952-ci ilin 28 May günü ərəfəsində Türkiyədə mühacirətdə olan Məhəmmədəmin Rəsulzadə öz həyat yoldaşı Leyla xanım ilə birlikdə hazırlamışdır. Keçmiş mühacir Gülmirzə Bağırov onu qoruyub saxlamış, Bakıya gətirmişdir. 2003-cü ilin iyununda Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilmiş bayraq ekspozisiyada nümayiş etdirilir. Sərgidə nümayiş olunacaq bu materiallar AXC dövrünün təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Elanlar