az
en
Bu gün: 10 Dekabr 2018
Muzeydə Məhəmmədəmin Rəsulzadənin məktublarının təqdimat mərasimi keçirilib
Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Cümhuriyyətin 100 illiyi münasibətilə keçirilən tədbir çərçivəsində Cümhuriyyətin qurucularından biri, görkəmli dövlət xadimi Məhəmmədəmin Rəsulzadənin azərbaycanlı mühacir Süleyman Təkinərə mühacirət dövründə yazdığı və Muzeyə hədiyyə olunmuş 29 məktubun təqdimatı keçirilib. Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov tədbiri açaraq, qeyd etdi ki, məktublar 1950-1955-ci illər dövrünü əhatə edir. Məktublar Muzeyə Süleyman Təkinərin Bakıda yaşayan varisləri tərəfindən hədiyyə olunub. S.Təkinər Türkiyədəki Azərbaycan mühacirətinin tanınmış simalarından sayılır. O, həm ədəbiyyatçı, həm jurnalist, həm də publisist kimi fəaliyyət göstərmişdir. Məktublar müxtəlif mövzuları əhatə edir. Məktublarda M.Rəsulzadə Azərbaycan mühacirətinin qarşısında duran vəzifələr haqqında fikirlərini S.Təkinər ilə bölüşür. S.Təkinərin yaradıcılığına dair mülahizə və tövsiyyələrini bildirir. Bu məktublar uzun müddət S.Təkinərin ailəsində qorunub saxlanılmışdır. Daha sonra isə Muzeyin xahişinə əsasən S.Təkinərin varisləri tərəfindən mədəniyyət ocağına hədiyyə edilmişdir. Tədbirdə “Əzablı yollarla” filmindən S.Təkinərin M.Rəsulzadə ilə görüşündən fraqmentlər göstərilmışdir. Tədbirdə çıxış edən Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Cümhuriyyət irsinin, xüsusilə M.Rəsulzadə mirasının qorunmasının əhəmiyyətini qeyd etdi. Bildirdi ki, cənab Prezidentin Cümhuriyyətin 100 illiyinin keçirilməsi haqqındakı Sərəncamı bu istiqamətdə Muzeyin keçirəcəyi tədbirlərə təkan vermişdir. Sonra prof. Ədalət Tahirzadə çıxış etdi, Cümhuriyyət dövrünü tədqiq edən araşdırmaların vacibliyini qeyd etdi. Özünün Dilqəm Əhmədlə birlikdə həmmüəllifi olduğu "Aserbajdsjanske Republik 1918-1920" (Stokholm-Baku: Nurlar, 2018, 88 səh.) kitabını akad. Daha sonra məktubları Muzeyə hədiyyə edən Rauf Həsənov və S.Təkinərin Almaniyada yaşayan qızı Leyla Deqner çıxış etdilər. Sonda Leyla Deqner Cümhuriyyət irsinin qorunmasındakı roluna görə Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyinə öz təşəkkürünü bildirdi.
Elanlar