az
en
Bu gün: 20 Oktyabr 2018
Muzey əməkdaşı seminarda çıxış etmişdir
Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi, dosent Nardanə Yusifova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsində keçirilən seminarda mühazirə oxumuşdur. Mühazirə “Muzeylərə təqdim olunan təsviri sənət əsərlərinin mənəvi dəyərləri” mövzusunda olmuşdur. N.Yusifova öz çıxışında muzeylərdəki eksponatların bədii estetik təsiri, təsviri haqqında danışmışdır. Həmçinin dekorativ-tətbiqi sənət əsərlərinin elmi mahiyyəti, onların elmlərarası əlaqədə əhəmiyyəti, tələbələrin elm-sənət adamı kimi yetişməsində fəza təfəkkürünün rolundan bəhs etmişdir. Mühazirə seminarda iştirak edən müəllim-tələbə heyəti tərəfindən yüksək səviyyədə qarşılanmış, verdikləri suallar əhatəli cavablandırılmışdır. Sonda N.Yusifova iştirakçıları Milli Azərbaycan Tarixi Muzeyinə dəvət etmişdir.
Elanlar