az
en
Bu gün: 21 İyun 2018
Muzeydə Qazaxıstan Respublikasının “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisi keçirilir
Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının Milli Muzeyi ilə birgə keçirilən “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisi qədim türk tarixini tamaşaçılara təqdim edir. Sərgidə İssıq kurqanında tapılan, e.ə. V-IV əsrlərə aid olan əsləhəli saka döyüşçüsü “Qızıl adam”la yanaşı qədim türk daş heykəlləri və üzərində qədim türk yazıları olan daş kitabənin surəti də nümayiş olunur. Bu qədim heykəl və yazılar VI-VIII əsrlərə aid edilir və qədim türk tarixinin tədqiqi baxımından mühüm əhəmiyyət daşıyır. “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisi 2018-ci il iyulun 1-dək nümayiş etdiriləcək.
Elanlar