az
en
Bu gün: 20 Avqust 2018
Muzeydə nadir dini-fəlsəfi kitablar qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin fondlarından olan Nadir kitablar fondunda dünya və Azərbaycan tarixini işıqlandıran bir sıra qiymətli əsərlər mühafizə olunur. Fondda qorunan nadir kitablardan biri də fransız yazıçısı Г.Pastoretin “Зороастръ, Конфуций и Магометъ, сравненные какъ основатели веръ, законодатели и нравоучители, съ приобщениемъ табелей ихъ догматовъ, законовъ и нравственности” əsəridir. Kitab fransız dilindən rus dilinə tərcümə edilərək, 1793-cü ildə Moskva şəhərində nəşr olunub və 284 səhifədir. Bəhs olunan əsərdə Zərdüşt, Konfutsi və Məhəmməd peyğəmbərin tərcümeyi-halı və onların əsas dini-fəlsəfi ehkamlarından bəhs edilir. Kitab dinlər və fəlsəfə tarixi ilə maraqlananlar üçün böyük əhəmiyyətə malikdir.
Elanlar