az
en
Bu gün: 26 Sentyabr 2018
Muzeydə təşkil olunan “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisi böyük marağa səbəb olub
Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının Milli Muzeyi ilə birgə keçirilən “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisi yerli və xarici qonaqlarda böyük maraq oyatmışdır. Sərginin 600 nəfərdən çox ziyarətçisi olmuşdur. Sərginin “Rəy kitabı”na öz xoş təəssüratlarını, ürək sözlərini yazan tamaşaçılar da var. Burada Rusiya Federasiyası Dağıstan Respublikasının Azərbaycandakı Daimi Nümayəndəliyinin, Vladivostok şəhərinin sakinlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinin, Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Atanın adı yer alır. Qeyd edək ki, Muzeyin möhtəşəm Şərq zalında təşkil olunan sərgidə İssıq kurqanından tapılan əsləhəli saka döyüşçüsü “Qızıl adam”, Qazaxıstan Respublikasının Milli Muzeyinin fondlarında qorunan tarixi qızıl məmulatları kolleksiyası, türk daş heykəlləri, daş kitabələri və s. etnoqrafik, arxeolojik materiallar təqdim edilir. Sərgi qədim türk tarixinin tədqiqi, təbliği baxımından mühümdür və gələn qonaqlarda böyük təəssürat oyadır.
Elanlar