az
en
Bu gün: 26 Sentyabr 2018
Muzeydə Neftçaladan tapılmış dəfinə mühafizə olunur
Milli Azərbaycan Tarixi Muzeyində numizmatik tariximizi əks etdirən dəfinə kolleksiyaları mühafizə olunur. Muzeyin Numizmatika Fondunda qorunan belə dəfinələrdən biri də Neftçala rayonunda təsadüfən aşkar olunduqdan sonra 2003-cü ildə Muzeyə daxil olan 76 ədəd sikkədir. Gümüş suyuna tutulmuş mis dirhəmlərdən ibarət (diametri – 23 - 25 mm, çəkisi – 4,3 - 4,6 qr.) dəfinə sikkələri 34-cü Abbasi xəlifəsi Əbül-Abbas Əhməd ən-Nasir Lidinillahın (1180 - 1225) hakimiyyəti dövründə Azərbaycan Atabəyləri - Əbu Bəkr (1191 - 1210) və Özbək (1210 - 1225) adından zərb edilmişdir. Qeyd edilən dövrə aid sikkə tapıntılarının kartoqrafik və sistemli qeydiyyatı onların toplanma məkanlarını izləməyə, uyğun tarixi dönəmdə Azərbaycanın pul təsərrüfatını, numizmatik tariximizi tədqiq və təbliğ etməyə imkan yaradan vacib tapıntılardır.
Elanlar