az
en
Bu gün: 21 İyun 2018
Muzeydə keçirilən “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisində Qazaxıstan mədəniyyəti və tarixi nümayiş olunur
Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının Milli Muzeyi ilə birgə keçirilən “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisi qədim türk tarixi ilə yanaşı qazax mədəniyyətini, o cümlədən etnoqrafiyasını da tamaşaçılara təqdim edir. Sərgidə XX əsrə məxsus 4 xovlu, 1 xovsuz, 1 keçədən xalca da nümayiş olunur. Qeyd edək ki, sərgidə e.ə. V-IV əsrlərə aid əsləhəli saka döyüşçüsü “Qızıl adam”la yanaşı qədim türk daş heykəlləri və VI-VIII əsrlərə aid, üzərində qədim türk yazıları olan daş kitabələrin surəti, tarixi zinət əşyaları da təqdim olunur. Sərginin 700 nəfərdən çox ziyarətçisi olmuşdur. “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisi 2018-ci il iyulun 1-dək nümayiş etdiriləcək.
Elanlar