az
en
Bu gün: 14 Noyabr 2018
Akademik Nailə Vəlixanlı İctimai TV-nin qonağı olmuşdur
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı İctimai TV-nin "Yeni gün" verilişinin qonağı olmuşdur. “Qonaqlarla söhbət” rublikası altında keçirilən verilişdə Muzeyin direktoru AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatına layiq görüldüyü üçün təbrik edilmişdir. Nailə Vəlixanlı öz müsahibəsində bu mükafata layiq görülməsini böyük sevgi və səmimiyyətlə qarşıladığını dedi və bu münasibətlə öz təşəkkürünü bildirdi. Görkəmli tarixçi A.A.Bakıxanovun həyat və yaradıcılığından danışdı. Bakıxanovun “Gülüstani-İrəm” əsərinin tariximizin tədqiqi üçün vacibliyini vurğuladı. Nailə xanım qeyd etdi ki, tariximizi bilməsək, dostumuzu, düşmənimizi tanıya bilməyəcəyik. Torpaqlarımıza qarşı olan iddiaları cavablandıra bilməyəcəyik. Muzeyin tarixindən danışan Muzey direktoru 2020-ci ildə onun 100 illiyinin keçiriləcəyini, bu istiqamətdə çalışmaların davam etdiyini vurğuladı. Keçmişini bilməyən xalqın gələcəyi də yoxdur deyən N.Vəlixanlı gəncləri tariximizi daha dərindən öyrənməyə dəvət etdi.
Elanlar