az
en
Bu gün: 23 Iyul 2018
Muzeydə Qafqaz tarixini əks etdirən nadir kitab qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasının “Nadir kitablar fondu”nda XIX əsr Qafqaz tarixinə dair əsər mühafizə olunur. “Картина Кавказского края принадлежащего России и сопредельных оному земель” adlı əsərin müəllifi P. Zubovdur. Kitabda əsərin IV cildi təqdim olunub. 1835-ci ildə Sankt-Peterburq şəhərində nəşr olunub və 308 səhifədir. Müəllif əsərdə Qafqazın tarixi icmalı, Rusiya imperiyasının Qafqaz siyasəti və dağ tayfalarının çar qoşunları ilə müharibəsini əks etdirmişdir. Kitab dövrün tarixini geniş əks etdirdiyi üçün maraqlıdır və öz oxucularını gözləyir.
Elanlar