az
en
Bu gün: 26 Sentyabr 2018
Muzeyin əməkdaşı “dəyirmi masa”da iştirak edib
Azərbaycan İlahiyyat İnstitutunda “İslamda qadın” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin əməkdaşı, Muzeyin Qadınlar Şurasının sədr müavini Esmira Rəhimova tədbirdə iştirak etmişdir. Tədbirdə İlahiyyat İnstitutunun əməkdaşları, dinşünas mütəxəssislər, QHT nümayəndələri də iştirak etmişdir. Çıxış edənlər Azərbaycanda qadınların rifahının yaxşılaşdırılması və cəmiyyətdəki mövqelərinin yüksəldilməsi istiqamətində yürüdülən dövlət siyasətindən bəhs etmişlər. Həmçinin, İlahiyyat İnstitutundan məzun olacaq qadınların dini kimliklə bərabər, milli kimliyə də sahib olan, dövlətin milli maraqlarını düşünən maarifpərvər insanlar kimi cəmiyyətdə öz yerlərini tutacaqlarına ümid etdiklərini bildirmişlər. Tədbirin sonunda mövzu ilə əlaqədar müzakirələr aparılmışdır.
Elanlar