az
en
Bu gün: 22 Noyabr 2018
Muzeyə yeni etnoqrafik materiallar təqdim edilib
Milli Azərbaycan Tarixi Muzeyinə yeni materiallar daxil olmuşdur. Bu eksponatlar - Azərbaycanın XX əsrin əvvəllərinə aid etnoqrafik irsini işıqlandıran 2 misgərlik nümunəsi - badya və çömçə, həmçinin, örpəkdir. Badyanın üzərində ərəb əlifbası ilə “Sahibi Seyfulla” sözləri həkk edilmişdir. Digər eksponat - kənarları qızılı haşiyəli və saçaqlı, tünd mavi rəngli qaz-qazı örpəkdir. Örpək Azərbaycan xanımının tarixi geyim tərzini, estetik zövqünü öyrənmək baxımından dəyərli materialdır. Bu eksponatlar dövrün etnoqrafik tarixini tədqiq və təbliğ baxımından xeyli əhəmiyyətlidir.
Elanlar