az
en
Bu gün: 20 Avqust 2018
E L A N
19-21 sentyabr 2018-ci il tarixində Bakıda I Beynəlxalq Ənənəvi Türk Məzar Daşları Simpoziumu keçiriləcəkdir. Simpoziumun təşkilatçıları Türkiyənin Ərciyəs Universiteti, Xəzər Universiteti və Milli Azərbaycan Tarixi Muzeyidir. Simpoziumun əsas mövzuları bunlardır: I. Türk dünyasında məzar mədəniyyəti a) Dəfn adətləri b) Rituallar (ayinlər) c) İnanclar d) Adət-ənənələr II. Türk dünyasında məzar strukturları a) Kurqanlar b) Balballar c) Türbə və günbəzlər d) Məzarlıqlar və məzar daşları III. Türk məzar daşlarının dövri və regional xüsusiyyətləri IV. Türk məzar strukturlarında tipoloji və terminoloji problemləri V.Türk məzar strukturlarında bəzək və ikonoqrafiya Müraciətlər simpoziumun rəsmi saytı olan www.turkmes.com vasitəsilə onlayn edilməlidir. Tezislər ən az 100, ən çox 300 sözdən ibarət olmalıdır. Tezis ilə birlikdə ən azı 3 və ən çox 6 açar söz olmalıdır. Məruzələr daha əvvəl başqa yerdə dərc edilməməlidir və ya başqa bir elmi tədbirdə təqdim edilməməlidir. Tezislər 20.07.2018-ci il tarixi, iş günü sonuna qədər qəbul ediləcəkdir. Qəbul olunmuş tezislər 20.08.2018-ci il tarixində internet saytında elan ediləcəkdir. Məruzələr 26.10.2018-ci il tarixinə qədər təqdim edilməlidir. Suallarınız üçün turkmes2018@gmail.com və caslan66@hotmail.com -a müraciət ediniz. Ərciyəs Universiteti, Qeysəri (Kayseri), Türkiyə, Dos.Dr. Cəlil Arslan – simpozium rəhbəri.
Elanlar