az
en
Bu gün: 20 Avqust 2018
Muzeyin arxeoloji incisi - piyalə tipli saxsı qab
Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında maraqlı nümunələrin kiçik bir hissəsini qaracilalı qablar təşkil edir. Həmin saxsı qablar içərisində nəzərə çarpan ən gözəl və ən nəfis nümunələrdən biri isə iki qulplu piyalə tipli saxsı qabdır. 1947-ci ildə mərhum arxeoloq Saleh Qazıyevin rəhbərliyi ilə Mingəçevir qədim yaşıyış yerində aparılan arxeoloji qazıntılar zamanı tapılmışdır. Piyalə sınsa da, sonradan yapışdırılaraq muzeydə bərpa edilib. Qab Xocalı-Gədəbəy mədəniyyətinə və təqribən e.ə. XI-IX əsrlərə aiddir. Onun ağız diametri 9,7 sm, gövdə diametri 16 sm, oturacaq diametri 4,7 sm, hündürlüyü isə 12,3 sm-dir. Piyalə Azərbaycanın son tunc-erkən dəmir dövründəki dulusçularının bədii saxsı məmulatının hazırlanması üzrə peşə bacarıqlarının səviyyəsi, eləcə də bədii zövqü haqqında dolğun təsəvvür yaradır.
Elanlar