az
en
Bu gün: 14 Noyabr 2018
Muzeydə təmir-bərpa işləri görülür
Dövlətimizin başçısının göstərişi ilə təmir edilən çoxsaylı tarixi binalardan biri olan Milli Azərbaycan Tarixi Muzeyinin binası Bakının ən gözəl memarlıq abidələrindəndir. 1920-ci ildə yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair qiymətli eksponatlar toplanmışdır. 2020-ci ildə Muzeyin 100 illik yubileyi təntənəli qeyd olunacaq. Bu münasibətlə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin göstərişi və nəzarəti ilə muzeyin binası əvvəlki görkəmini saxlamaqla müasir muzey tələbləri səviyyəsində bərpa və təmir olunur. Muzeyin yeni avadanlıqla təchiz olunması, prezidentin və hökumətin ayırdığı investisiya ilə bərpa və konservasiya işlərinin aparılması nəzərdə tutulur. Bunun nəticəsində tariximizin bütün dövrlərinin daha dolğun təqdim olunması indi olduğu kimi bundan sonra da muzeyi ölkənin tarixi-mədəni irsinin qoruyucusu edəcəkdir.
Elanlar