az
en
Bu gün: 20 Oktyabr 2018
Milli AzərbaycanTarixi Muzeyinin bir qrup əməkdaşı Şəmkir rayonunda elmi ezamiyyətdə olub
2020-ci ildə Muzey 100 illik yubileyini təntənəli şəkildə qeyd edəcəkdir. Artıq Azərbaycan Respublikası Prezidenti, Muzeyin ən böyük hamisi, möhtərəm İlham Əliyevin xüsusi göstərişi ilə yubileyə hazırlıq işlərinə başlanılmışdır. Hazırlıq işlərinə Muzeyin simasının, o cümlədən ekspozisiyasının da yenilənməsi daxildir. Həm ekspozisiyanı yeniləmək, həm də Arxeologiya elmi fond şöbəsinin 2018-ci il iş planına əsasən fond üçün yeni materiallar toplamaq məqsədilə bir qrup muzey əməkdaşı Şəmkir rayonuna ezam olunmuşdur. Ekspozisiyanın təhlükəsizliyi üzrə direktor müavini, t.ü.f.d. dos. Həbibə Alıyeva, Elmi Fond işləri üzrə direktor müavini, t.ü.f.d. dos. Məhfuzə Zeynalova, Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. dos. Nasir Quluzadə və digər elmi işçilərin iştirakı ilə Qapanlı kənd qəbirstanlığı ərazisinə baxış keçirilmiş, beş ədəd at və bir ədəd qoç formalı məzar daşları qeydə alınmışdır. Bundan əlavə həmin məzar daşlarının fotoşəkilləri çəkilmiş, ölçüləri götürülmüş, üzərilərindəki kitabələrin estampları çıxarılmış və digər zəruri məlumatlar əldə edilmişdir. Daha sonra at formalı məzar daşlarından bir nümunənin muzeyə təqdim edilməsi, eləcə də bölgədəki bu tip abidələrə nəzarətin və qayğının daha da artırılması ilə bağlı rayon rəhbərliyinə müraciət edilmişdir. Müraciət müsbət qarşılanmış və ən yüksək səviyyədə köməklik göstəriləcəyinə söz verilmişdir. Bölgəyə ezam olunmuş muzey əməkdaşları Şəmkir rayon Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olduqdan sonra Gədəbəy rayonu ərazisindəki “Qanlı körpü” abidəsinə və Alban məbədinə səfər etmişlər. Qrup elmi ezamiyyətdən qiymətli məlumatlarla və zəngin təəssüratlarla qayıtmışdır.
Elanlar