az
en
Bu gün: 22 Noyabr 2018
Muzey təhsil ocaqları ilə əlaqələrini genişləndirir
Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin bir qrup əməkdaşı və Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. S.Əhmədov “Hədəf STEM” liseyini ziyarət ediblər. Qonaqları liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq qəbul etdi. Görüşdə Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsini şöbə müdiri E.Dadaşov, şöbənin aparıcı elmi - işçisi, m.ü.f.d., dosent N.Yusifova, elmi işçilər S.Ələkbərova və P.Əzimova təmsil etdilər. Liseyin fəaliyyəti haqqında ətraflı məlumat verən Ş.Sadiq, Muzey ilə qurulacaq əməkdaşlığın liseydə təhsil alan şagirdlər və müəllim heyəti üçün də faydalı olacağını qeyd etdi. Milli Azərbaycan Tarixi Muzeyinin şagird və tələbələr üçün keçirilən maarifləndirici tədbir, tarixin müxtəlif dövrlərinə həsr olunmuş viktorina və açıq dərslər, təhsil ocaqlarında “Tarix otağı”nın tərtibi zamanı Muzey mütəxəssislərinin məsləhətçi kimi cəlb edilməsi haqqında məlumat verən E.Dadaşov, “Edutainment” - “Əylənərək öyrənək” prinsipi əsasında fəaliyyət göstərən “H.Z. Tağıyev”, “Gənc muzeyşünaslar və muzeysevərlər” və b. klubların da tarix fənninin mənimsənilməsində rolunun effektivliyini vurğuladı. Sonda “Hədəf STEM” liseyi ilə Milli Azərbaycan Tarixi Muzeyinin sıx əməkdaşlığı üçün razılıq əldə olunmuşdur. Daha sonra liseyin kitabxanasına Muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə olunmuş, qonaqlar burada fəaliyyət göstərən STEM mərkəzi, İnteraktiv Elm Muzeyi və fənn laboratoriyaları ilə tanış olmuşlar.
Elanlar