az
en
Bu gün: 22 Noyabr 2018
Muzey əməkdaşları beynəlxalq konfransda iştirak edir
2018-ci il 10-12 oktyabr tarixlərində Bakıda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muzeylər Şurasının (İCOM) iki beynəlxalq komitəsi – “Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD) və Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri (DEMHIST), ICOM Azərbaycan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyi tərəfindən "Dekorativ sənət və interyer" mövzusunda beynəlxalq konfrans keçirilir. 10 oktyabr tarixində keçirilən açılış mərasimində Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Elmi fond işləri üzrə direktor müavini - baş mühafiz, t.ü.f.d. Məhfuzə Zeynalovа, Ekspozisiyanın təhlükəsizliyi üzrə direktor müavini – ekspozisiya müdiri, t.ü.f.d. Həbibə Əliyeva, Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Gülzadə Abdulova, Xüsusi fondun müdiri Afət Rüstəmbəyova və İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi, t.ü.f.d. Əli Fərhadov iştirak etmişdirlər. Konfransda 12 ölkədən 42 nümayəndə, həmçinin ICOM-un prezidenti Suay Aksoy iştirak edir. Açılış mərasimini Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva açaraq, qonaqları salamladı. Keçirilən konfransın beynəlxalq əhəmiyyətini və dövlətimizin bu sahəyə qayğısını vurğuladı. Daha sonra Xalça Muzeyinin direktoru, s.ü.f.d. Şirin Məlikova çıxış etdi. O, muzeyin fəaliyyəti, burada qorunan xalça kolleksiyası, etnoqrafik və arxeolojik nümunələr haqqında geniş məlumat verdi. Tədbirdə həmçinin Xalça Muzeyinin direktoru Şirin Məlikovanın müəllifi olduğu “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından bədii tikmələr” (Bakı, 2017, 212 səh.) kitabının təqdimat mərasimi keçirildi. Konfrans 12 oktyabr tarixinə qədər davam edəcək. Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - Elmi fond işləri üzrə direktor müavini - baş mühafiz, t.ü.f.d. Məhfuzə Zeynalovа, Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Gülzadə Abdulova və Xüsusi fondun müdiri Afət Rüstəmbəyova konfransda məruzələrlə çıxış edəcəklər.
Elanlar