az
en
Bu gün: 22 Noyabr 2018
Muzeydə Mülki Müdafiə Qərargahının növbəti iclası keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Mülki müdafiə qərargahının tədbiri təşkil olunub. Tədbiri Muzeyin Elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov açaraq, tədbirin mövzusu haqqında iştirakçılara məlumat verdi. Daha sonra Mülki müdafiə qərargah rəisi Samit Mədətov çıxış edərək fövqəladə hallarda mülki müdafiənin rolu və vəzifələrindən danışıb. O, əməkdaşlara muzeydə baş verən fövqəladə hallar zamanı təhlükəsizlik qaydaları, fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, anlayışı və fövqəladə hadisələr zamanı necə davranmaları barədə məlumat vermişdir. Dəm qazı, yanğın, zəlzələ, torpaq sürüşməsindən qorunma yolları, odsöndürücü balonlardan istifadə üsulu izah edilmişdir. Tədbirdə AMEA-nın 2-ci xüsusi şöbəsinin baş mütəxəssisi Oktay Fərzəliyev və baş mütəxəssis Natiq Mehdiyev də çıxış edib. Bərpa laboratoriyasında təhlükəsizlik qaydaları mövzusu və digər fövqəladə hallarla bağlı suallar çıxışçılar tərəfindən cavablandırılıb.
Elanlar