az
en
Bu gün: 22 Noyabr 2018
Muzey əməkdaşının məqaləsi çap olunub
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədovun növbəti məqaləsi nəşr olunmuşdur. “Первый адмирал Азербайджана» (IRS - Наследие, №5 (95), 2018, s.48-55) adlı məqalədə Azərbaycanın ilk admiralı Cəlil Cavadovun (1918-1980) həyatı, keçdiyi döyüş yolu, II Dünya müharibəsində göstərdiyi şücaətlər işıqlandırılmışdır. Həmçinin, müharibədən sonra keçmiş SSRİ-də və Azərbaycanda hərb elminin və hərbi mütəxəssislərin inkişafı üçün etdiyi xidmətlər haqqında geniş məlumat verilmişdir. Məqalədə Cəlil Cavadovun həyatı ilə bağlı olan fotoşəkillərdən ibarət fotolar da təqdim olunmuşdur. Qeyd edək ki, bu il admiral Cəlil Cavadovun 100 illik yubileyi keçiriləcək.
Elanlar