az
en
Bu gün: 19 Oktyabr 2018
Beynəlxalq konfransın iştirakçıları muzeydə olublar
10-12 oktyabr tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin - Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD) və Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələrinin (DEMHIST) keçirdiyi beynəlxalq konfransın iştirakçıları Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. "Dekorativ sənət və interyer" mövzusunda keçirilən konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muzeylər Şurasının (ICOM) beynəlxalq komitələri – ICDAD və DEMHIST, həmçinin ICOM Azərbaycan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyi tərəfindən təşkil olunmuşdur. ICOM-un prezidenti Suay Aksoy, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova və digər konfrans iştirakçılarını muzeyin direktoru, akademik Nailə Vəlixanlı qarşılayaraq onları salamladı. Sonra qonaqlara muzeyin ekspozosiyasında və H.Z.Tağıyevin ev muzeyində ekskursiya aparılıb. Azərbaycanın qədim tarixi və maddi-mədəniyyət nümunələri olan eksponatlar qonaqların xüsusi marağına səbəb olub. Sonda qonaqlara muzeyin nəfis tərtibatlı nəşrləri – “Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyasının inciləri” kataloqu və bukletlər hədiyyə olunub.
Elanlar