az
en
Bu gün: 19 Oktyabr 2018
Muzeyin Səbail rayon YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının növbəti yığıncağı keçirilmişdir
12 oktyabr 2018-ci ildə Milli Azərbaycan Tarixi Muzeyində YAP Səbail rayon “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının növbəti iclası keçirilmişdir. Tədbiri açan YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova çıxış edərək, 2016-2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına uyğun olaraq muzeydə multikulturalizm, İslam həmrəyliyi və AXC-nin 100 illiyi münasibətilə silsilə tədbirlərin keçirildiyini bildirdi. Təşkilat üzvlərinin bu tədbirlərdə aktiv iştirakı haqqında məlumat verdi. Daha sonra gündəlikdə duran məsələlərin müzakirəsinə keçildi. Yığıncaqda ilk olaraq təşkilatın 2018-ci ill üçün gördüyü işlərin hesabatı dinlənildi. Cari məsələlər, üzvlük haqqı, yeni namizədlərin təqdimatı, kənarda olan təşkilat üzvləri ilə əlaqələr, media ilə əlaqələrin genişləndirilməsi mövzuları və 2019-cu ilin planı müzakirə edildi. Həmçinin, YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının loqosunun hazırlanması qərarlaşdırıldı.
Elanlar